image-n1karobka_ads
image-123
image-693d2cbbae5ac9443d7225dabackend

“Boobah” cizgi serialının Rusiyada yayımı dayandırılır

image-ad_qayo_720x110px

“Boobah” cizgi serialının hüquqlarına sahib olan Britaniya şirkəti 3D Sparrow Group Limited Rusiyada yayım üçün müəllif hüquqlarını yeniləməyəcək.

Doğru.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Şirkətin ofisi Moskva yaxınlığındakı Krasnoqorskda fəaliyyətini davam etdirir, lakin personajın Rusiyada istifadəsi üçün lisenziya müqaviləsi ləğv olunub. Hazırda epizodlar video platformalarda mövcuddur, lakin yaxın zamanda silinə bilər. Oyuncaqlar və digər “Boobah” məhsulları isə hələ satışdadır, lakin onların gələcək istehsalı və paylanması sual altındadır.

Balaca brauni Buba və dostlarının macəralarından bəhs edən cizgi serialı 2014-cü ildən yayımlanır və beş mövsümə malikdir. Əvvəllər rus izləyiciləri arasında peşə seçərkən onlara ilham verən personaj kimi məşhur olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki