image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-66d02cfaae5ac90c0d543cd6backend

Borrell İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

image-728x90px

Avropa diplomatiyasının rəhbəri Xosep Borrell İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiqi təklifini təqdim edib.

Bu barədə Almaniyanın Tagesschau portalı məlumat yayıb.

O, İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyi təklif edir. Təklif Aİ-yə üzv ölkələrin hökumətlərinə göndərilib.

Borrelin sözlərinə görə, İsrail hökumətinin üzvlərinə qarşı “nifrətə təhrik və insan haqlarının pozulmasına görə” sanksiyalar tətbiq oluna bilər. Söhbət xüsusilə fələstinlilərə ünvanlanan bəyanatlardan və BMT Ali Məhkəməsi nöqteyi-nəzərindən qeyri-qanuni olan “işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin” dəstəklənməsindən gedir.

Bundan əvvəl Fələstin beynəlxalq ictimaiyyəti Fələstin lideri Mahmud Abbasın Qəzza zolağına səfər edə bilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki