Böyük Britaniyanın xarici işlər naziri David Cameron Brüsseldə (3-4 aprel) NATO xarici işlər nazirlərinin görüşündə müttəfiqləri Kiyev üçün birgə mərmi və raketlər almağa çağırmaq niyyətindədir.
Bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.
“Kameron NATO müttəfiqlərini Ukrayna Silahlı Qüvvələri üçün NATO standartlarına uyğun mərmi və raketlər almaq üçün Britaniyanın rəhbərlik etdiyi təşəbbüslərə qoşulmağa təşviq edəcək”, – bəyanatda deyilir.
Qeyd olunur ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri NATO ölkələrini də xərcləri artırmağa və hərbi sənaye kompleksində istehsalı artırmağa çağıracaq.
mənbə: Haber Global