image-2000x150px
image-123
image-ads_atlas
image-317150791_1208255466791049_7602679427393646692_nbackend

Britaniya şahzadəsi xüsusi status alacaq

image-728x90px

Şahzadə Şarlotta babası, Böyük Britaniyanın yeni kralı III Çarlzdan xüsusi titul ala bilər.

Məlumata görə, Kral III Çarlz şahzadə Edvardı Edinburq hersoqu təyin etməyib, çünki o, bu titula şahzadə Şarlottanın yiyələnməsini istəyir.

“Müzakirələr gedir, lakin kral üçün bu titulun Şahzadə Şarlottaya verilməsi daha yaxşıdır. Bu, əlbəttə ki, vaxtilə Edinburq hersoginyası titulunu daşıyan mərhum Kraliçanın xatirəsinə və varislik xəttinə hörmət etmək üçün əla bir seçim olardı”, –  deyə Kralın yaxın ətrafından jurnalistlərə bildirilib.

Qeyd edək ki, Uels şahzadələri Uilyam və Keytin ikinci övladı olan Şarlotta atası və böyük qardaşı Corcdan sonra taxtda üçüncüdür.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki