image-2000x150px
image-123
image-ads_atlas
image-13909d2e8ce8a4214c705d185d3402dfbackend

Britaniyada böhran: Milyonlarla insan yoxsul ola bilər

image-728x90px

Böyük Britaniyada enerji və maliyyə böhranı nəticəsində yaşayış xərclərinin artması səbəbindən yoxsul vətəndaşların sayı üç milyon artacaq.

Bunu “Resolution Foundation” analitik mərkəzinin hesabatı sübut edir. “Qarşıdakı iki il ərzində mütləq yoxsulluğun faiz dərəcəsi 17-dən 22 faizə yüksələcək. Britaniyanın yoxsul vətəndaşların sayını 3 milyon nəfərdən çox artıracağı gözlənilir. Nəticədə yoxsul əhalinin sayı 14 milyon nəfərə çatacaq”, – araşdırmada deyilir.

Mərkəzin əməkdaşı Latita Tri bildirib ki, yaxın iki il ərzində ailələrin real gəlirləri 3000 funt sterlinq azalacaq. Enerji qiymətlərinin artması artıq britaniyalıların gəlirlərini 10% azaldıb və Böyük Britaniya cəmiyyətinin üzərinə düşən sosial yük 2008-ci il böhranı dövründəkindən daha güclü ola bilər.

Belə ki, zəruri antiböhran tədbirləri olmadan, Böyük Britaniya hökuməti uşaqlar və yeniyetmələr arasında artan yoxsulluqla üzləşmək riski daşıyır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki