image-n1karobka_ads
image-123
image-694a577c02e8bd2803374fddbackend

Britaniyada Milad mahnılarının qadağan edilməsi müzakirə olunur

image-ad_qayo_720x110px

Britaniyada pab və restoranlarda ənənəvi Milad mahnılarının “irqçi çalarlar” daşıması ilə bağlı narahatlıqlar səbəbindən qadağan edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Doğru.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, müzakirələr Leyborist Partiyasının irəli sürdüyü yeni Əmək Hüquqları Qanun layihəsi fonunda başlayıb. Həmin layihə işəgötürənlərdən işçiləri ziyarətçilərin mümkün təhqiramiz ifadələrindən qorumağı tələb edir.

Təşəbbüsün tənqidçiləri bildirirlər ki, qanunda istifadə olunan qeyri-müəyyən ifadələr uzun illərdir səsləndirilən bayram mahnılarının irqçi və ya ayrı-seçkilik kimi şərh olunmasına yol aça bilər. Bu isə iaşə sektorunda əlavə risklər yarada bilər.

Azad Söz Birliyinin baş katibi Lord Tobi Yanq məsələ ilə bağlı narahatlığını ifadə edərək bildirib:

“Bir çox şirkət üçün bu qanun tabutdakı son mismar olacaq. Sanki hökumət qəsdən instinktiv olaraq şübhələndiyi bir sektoru məhv etməyə çalışır”.

Məsələ Britaniya ictimaiyyətində geniş müzakirələrə səbəb olub və təşəbbüsə münasibət birmənalı deyil.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki