image-n1karobka_ads
image-123
image-20241029_175618backend

Bu gün ki sirk proqramı kiçikdən böyüyə, bir sözlə, hər kəsin marağına səbəb oldu – FOTO

image-ad_qayo_720x110px

Mən sirki çox sevirəm. Yadımdadır ki, Sea Breeze Resort ərazisində yerləşən Circus Sea Breeze  1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədər bir ilkə imza atmışdı. Mən oğlumla ilk dəfə bu sirkin açılışına getdim.

 

Bu sözləri Oktyabrın 29-da Circus Sea Breeze-də  unikal “Camış Şousu ” mövsümünün açılışı  zamanı  təşkilatçı, dizayner-rəssam Ilyas Ağakişibəyli Doğru.az-a bildirib.

“Emin Ağalarovun təşkilatçılığı ilə sirk proqramı Sea Breeze-də keçiriləndə ilk qonaqlar valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları olur. Bu kimi tədbirlərin  rəhbərlik tərəfindən xeyriyyə məqsədi daşıması çox gözəl addımdır.

Bu gün ki sirk proqramı da kiçikdən böyüyə, bir sözlə, hər kəsin marağına səbəb oldu. Bu layihə “Sea Breeze”in memarlığına unikallıq qatır. Proqram olduqca maraqlı və rəngarəng idi. Bolluca yumorlu səhnələr, maraqlı akrobatlar, hava gimnastları və s. sirkda iştirak etdilər.

Mən gözəl insan, Azərbaycan Respublikasının xalq artisti Emin Ağalarova Sea Breeze ərazisində belə bir gözəl sirkin, uşaqlar üçün Luna Parkın yaradılmasına görə dərin təşəkkürümü bildirirəm. Gələcək işlərində uğurlar arzulayıram.

 

image-20241029_175600

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki