image-2000x150px
image-123
image-ads_atlas
image-17206077384579448604_1200x630backend

Bu ilin altı ayında “E-Polis” tətbiqinə 8 milyondan artıq müraciət edilib

image-728x90px

Bu il Daxili İşlər Nazirliyinin (DİN) “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib. Tətbiqin əsas məqsədi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması, eləcə də vətəndaşyönümlü xidmətləri təkmilləşdirərək nazirliyin göstərdiyi elektron xidmətləri daha da əlçatan etməkdir.

Hazırda vətəndaşlar polis idarəsinə getmədən “E-Polis” mobil tətbiqində və ya “e-xidmet.mia.gov.az” portalında nazirliyin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlanırlar.

DİN-in mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, 2024-cü ilin 6 ayında “E-Polis” tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149 min 322 nəfər təşkil edib. Qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən “E-Polis” tətbiqinə 8 milyon 40 min 348 müraciət olunub.

İstifadəçilər tərəfindən ünvanlanmış – şəxsin özü haqqında ətraflı məlumat üzrə – 685 min, yeniliklər və xəbərlərlə bağlı – 521 min, etibarnamə üzrə – 371 min, sürücülük vəsiqəsi üzrə – 304 min 600, şəxsiyyət vəsiqəsi üzrə 279 min, pasport məlumatları üzrə – 243 min 497, məhkumluğa dair arayış üzrə ümumi – 10 min 342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə 1445, “Virtual-102” bölməsi üzrə 1008, müvəqqəti yerləşmə bölməsi üzrə 616, avtomobilin zədələnməsinə dair arayış üzrə 82 sorğu cavablandırılıb.

Qeyd edək ki, “E-Polis” tətbiqini “App Store” və ya “Google Play”dən yükləmək olar. Mobil tətbiqə daxil olarkən 6 müxtəlif xana açılır. Buraya “İnformativ məlumatlar”, “Cərimələr”, “Sənədlərim”, “Etibarnamələr”, “Yeni müraciətlər” və “Digər” bölməsi daxildir. Burada informativ məlumatlar əldə etmək, sənədləri nəzərdən keçirmək və cərimələri onlayn qaydada ödəmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki