image-ads_n1karobka_mobile
image-69edd8a0ae5ac94a640cb849backend

Bu ölkədə dəhşətli partlayış: 14 ölü, onlarla yaralı

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində Panamerikan şossesində güclü partlayış baş verib.

Doğru.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər həyatını itirib, 38-dən çox insan yaralanıb.

Regional qubernator Oktavio Quzman bildirib ki, ölənlər arasında beş azyaşlı da var. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Malidə Kati hərbi bazasının yaxınlığında da partlayışlar və silah səsləri eşidildiyi barədə məlumat yayılmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki