Polşada doğum nisbətlərinin azalması fonunda doğum evlərinin bağlanması sürətlənib, ölkənin demoqrafik vəziyyəti isə pisləşməkdə davam edir.
Doğru.az xəbər verir ki, bu barədə OKO.press məlumat yayıb.
Məlumata görə, ölkədə doğum sayı 2010-cu ildəki 403 mindən 2025-ci ildə 238 minə qədər azalıb. Tibb elmləri doktoru Sezari Pakulski bildirib ki, azalmanın miqyası əvvəl düşünüləndən daha böyükdür.
Statistikaya əsasən, 2025-ci ildə ölkədə 284 doğum şöbəsi fəaliyyət göstərsə də, 2026-cı ilin yanvarına qədər onların 18-i bağlanıb. Bundan əlavə, 2024–2025-ci illərdə daha 37 filial fəaliyyətini dayandırıb.
Polşa Səhiyyə Nazirliyi açıqlamasında qeyd edib ki, doğum səviyyəsi aşağı olan şöbələr lazımi təhlükəsizlik və keyfiyyətli tibbi xidmət göstərə bilmir, eyni zamanda onların saxlanması böyük maliyyə xərci tələb edir.
Daha əvvəl Elon Musk dünyada doğum səviyyəsinin azalmasının bəzi ölkə və mədəniyyətlərin yox olmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
DOĞRU.AZ


























