image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-19t115155-350-1backend

Bursa səmasında “UFO bulud” göründü: Bir saat havada asılı qaldı

image-728x90px

Türkiyənin Bursa şəhərində maraqlı təbiət hadisəsi müşahidə olunub.

Səmada əmələ gələn və uçan naməlum obyektə (UFO) bənzəyən bulud görənlərin marağına səbəb olub və valehedici atmosfer yaradıb.

Bursanın Kestel, Gürsu, Yıldırım, Osmanqazi və Nilüfer rayonlarından görünən və 1 saata yaxın havada asılı qalan bulud görənlərin diqqətini çəkib. Bir çox insan səmadakı bu təbiət hadisəsini mobil telefonları ilə lentə alıb.

Meteorologiya Baş İdarəsinin internet saytından əldə edilən məlumata görə, bu buludlar mərcək buludu adlanır və dağ yüksəkliklərindən gələn küləyin dalğalanması nəticəsində əmələ gəlir.

Oroqrafik hadisənin nəticəsi olan və UFO-ya bənzəyən bu buludlar dağ və təpələrin yamacları boyunca küləklərin əsdiyi istənilən coğrafi ərazidə müşahidə oluna bilər.

DOĞRU.AZ

image-fotojet-2023-01-19t114418-551 image-fotojet-2023-01-19t114431-425 image-fotojet-2023-01-19t114503-971 image-fotojet-2023-01-19t114514-422 image-fotojet-2023-01-19t114755-293 image-fotojet-2023-01-19t114810-076 image-fotojet-2023-01-19t114836-824  image-fotojet-2023-01-19t115019-798

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki