image-n1karobka_ads
image-123
image-17666637846099455509_1200x630backend

Cabir Zaidovun işi məhkəmədə bağlanıb

image-ad_qayo_720x110px

Bəzi media orqanları Zaidov Cabir Həsən oğlu barədə aparılmış cinayət işinin 13 il əvvəl tamamlandığını və sonradan yoxa çıxdığını yazıb.

Doğru.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq aparılmış iş üzrə Cabir Zaidov Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona yekun ittiham elan edilib.

İttiham aktı Baş Prokurorluq tərəfindən təsdiqlənərək Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışı zamanı Cabir Zaidovun təqsiri sübuta yetirilsə də, cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, məhkəmənin 10 sentyabr 2012-ci il tarixli qərarı ilə iş icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

Qeyd edək ki, ibtidai istintaq zamanı əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məktubda “Bakı Ağır Cinayətlər Məhkəməsi” ifadəsi texniki səhvdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki