image-n1karobka_ads
image-123
image-icwvuv1ndbe9avwymcpb6oa0vufuqdfldz49mwrm_1200backend

“Cadu 4: Son Ayin” filminin premyeradan öncəki nümayişi keçirilib  

image-ad_qayo_720x110px

“CineMastercard” kinoteatrında ilin ən gözlənilən Amerika qorxu filmi – “Cadu 4: Son Ayin”in premyeradan öncəki nümayişi baş tutub. Tədbir “Portal Games” kvesti ilə əməkdaşlıq sayəsində xüsusi atmosfer yaradaraq qonaqlar üçün yaddaqalan hadisəyə çevrilib.

Doğru.az xəbər verir ki, film başlamazdan əvvəl tamaşaçılar mistik dünyanın ab-havasını hiss ediblər. Bunun üçün xüsusi fotozona qurulub, peşəkar aktyorlar isə fövqəltəbii obrazlara girərək “Cadu” süjetinə qərqolma effekti yaradıblar.

Qapalı nümayişdə “Mastercard”ın “Priceless” təcrübələri çərçivəsində dəvət olunan qonaqlar – tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər və sahibkarlar iştirak ediblər.

Tədbirin təşkilinə “Portal Games”, “Mado” restoranı, “Light in Black” kreativ şirkəti, “ProEvents”, “Meysəri” şərabları və “Red Bull” dəstək göstəriblər.

Məşhur franşizanın dördüncü hissəsi demonoloqlar Ed və Lorreynin həyatından qaranlıq xronikanı təqdim edir. Real hadisələrə əsaslanan film izləyicilərə daha gərgin və sirli süjet xətti vəd edir.

Rejissor: Maykl Çaves
İstehsalat: Warner Bros. Pictures
Baş rollarda: Vera Farmiqa, Patrik Uilson və digərləri

“CineMastercard” şəbəkəsində tamaşaçılar “Cadu 4: Son Ayin” filmini türk, ingilis və rus dillərində, həmçinin 4DX və “ScreenX” formatlarında izləyə bilərlər.

DOĞRU.AZ

image-qtfzrav10duwur3vjmirhej5p2o2m09gcycyyxpe_640 image-hi186pnedf1pzxatcrxlqautvsphi52c4cukzcf8_640 image-hkfvbfxact6usdiqzkvjtqc6aldoutukms8ud5ju_640 image-rl8gjxj6ygkhx9x8ipcfhestsdisatitt8h2vy18_640 image-dxxf7nkhwkymgpjfzua2thte6t9d5aeijm0oefo3_640 image-sbbyy3qwknjmzo8gybqbtm6gqtibfptbukvofynz_640 image-poemr9rxp5efync9m92g8m5mfvrilksw9y54q4fv_640 image-reibk3kmvslbznrzyslglg39vrjc8yhismv7y0gt_640 image-t6mkkumo8iqjhyegcp67idqfwkqeqm386simyg3w_640 image-zuzu38nnonbxtemfzs6upt6xjunlpdbtwrcymqwy_640 image-osbhrnt54dodvfir0no5opob7r7ptpexfc5tsc7t_640 image-vujgardcnvgz6cae3f7qc9u0zmuq7urpi874oyxu_640 image-afobhlctv6vnn6aanrfj6q9dpyhdzbtbmhvvtfwy_640 image-efyfswcqefmavjjq6slssh2ujz4kf1kxeumylvo5_640 image-av9qnegm95d8momfnttwmdvo4mjy7380g3aukyms_640 image-oxxfvfofpw1jsyirn31iuzzapymhwbm9gqrulv58_640 image-xbheemaldznupggs0ztl0pdgk7qqlyhvbtsuxcfr_640 image-jctmilvvj56p1njnyv57xuk6qlwpn8vpbw299zmj_640 image-0ap0jeobhbtp2nozwx7zdb2tijhn6jade8myyry6_640 image-azdpdfdwz75uw4ebutbuhtoxk9it6xm5qukripm2_640 image-hevywiuijurhxciighaw5oxrp6aux8rxjdqqpa3r_640 image-yonfu4zdpbo3ouvhgh602wnpddgk8bg8d7grhdt9_640 image-7dwffv6rqwa1vxzzm1pfsjh0sghslq7o6ehndlg2_640 image-nmigxq0m4k9hdygvjugo9eqnf1xhlunbn12th2kc_640 image-kiol6in0092fa15bzgmnv6thjx31ssxex0rcctgh_640 image-hmroixazghr1pquppeuy8judh1suw2ng5unkzwdn_640 image-bettconndywgkgcxuw3ew9gfkcy5xnfosda1zsok_640 image-bj8lq6sdskdtokiu9seqbd2e9vnkt1bqvb9fryo1_640
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki