image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_1127775329-pic_32ratio_900x600-900x600-4902backend

CAR BRİKS tədbirlərində iştirak etmək istəyir

image-728x90px

Mərkəzi Afrika Respublikası (CAR) BRİKS ilə maraqlanır, çünki birlik Qərb hegemonluğuna alternativdir. 

Bu barədə Rusiyanın CAR-dakı səfiri Aleksandr Bikantov bildirib.

“BRİKS-ə burada yeni çoxqütblü dünya nizamının mühüm elementi və Qərb hegemonluğuna alternativ kimi baxılır. Mərkəzi Afrika Respublikası hələ də BRİKS-ə qoşulmaq üçün ərizə təqdim etməyib. Buna baxmayaraq, CAR səlahiyyətliləri BRİKS tədbirlərində iştirak etmək üçün dəvəti nəzərdən keçirəcəklər”, – Bikantov bildirib.

Bundan əvvəl CAR-ın baş naziri Feliks Molua bildirib ki, Rusiya hərbi təlimatçıları Mərkəzi Afrika Respublikasında (CAR) sülhün bərpasına böyük töhfə veriblər. O, təlimatçılar vasitəsilə Afrika ölkəsinin müdafiə və təhlükəsizlik qüvvələri ilə yorulmadan çalışan Rusiya hakimiyyətinə təşəkkür edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki