image-ads_n1karobka_mobile
image-52f343e488458110f2570e4e563a74f3backend

Çavuşoğlu HƏMAS lideri ilə Qəzzaya endirilən zərbələri müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı olub.

 

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava hücumları və Məscidül-Əqsaya basqınlar müzakirə edilib.

Xatırladaq ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində 14-ü uşaq, 4-ü qadın olmaqla 44 nəfər həyatını itirib.

İsrail ilə Qəzzada İslami Cihad Hərəkatı arasında Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəs bazar günü yerli vaxtla saat 23.30-da qüvvəyə minib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki