image-2000x150px
image-123
image-ads_atlas
image-movludbackend

Çavuşoğlu “Turkey” ifadəsini işlədən jurnalistə irad tutdu – Video

image-728x90px

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada norveçli və irlandiyalı həmkarları ilə görüşüb.

Doğru.Az” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, görüşdən sonra nazirlər kameralar qarşısına keçərək, sualları cavablandırıblar. Tədbirdə yaddaqalan məqamlardan biri jurnalistin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankaranın qərarını soruşduqda “Turkey” ifadəsini işlətməsi olub.

Çavuşoğlu isə bununla bağlı jurnalistə irad tutaraq “güman edirəm ki, “Türkiyə” demək istəyirdiniz” deyə bildirib.

Jurnalist “əlbəttə” cavabı verərək sualını bir daha təkrarlayıb.

Qeyd edək ki, Türkiyənin tələbi ilə xarici dillərdə “Turkey” kimi istifadə edilən ölkənin adı BMT-də “Türkiyə” olaraq dəyişdirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki