image-n1karobka_ads
image-123
image-17667356531126255528_1200x630backend

Cəlilabadda qeyri-ənənəvi tərəvəz əkininə maraq artır

image-ad_qayo_720x110px

Münbit torpağı və əlverişli iqlimi ilə seçilən Cəlilabad rayonunda qeyri-ənənəvi tərəvəz bitkilərinin əkininə maraq artmaqdadır.

Doğru.az xəbər verir ki, Üçtəpə kəndində fəaliyyət göstərən fermer Cəlal Əhmədov bu sahədə uğurlu nəticələr əldə edib.

Bölgədə ən iri yerkökü təsərrüfatına malik olan fermer ötən il 500 tondan çox məhsul yığıb. Cari mövsüm üçün isə 1000 tondan artıq məhsul istehsalı hədəflənir. Cəlal Əhmədov bildirib ki, artıq 7 ildir yerkökü əkini ilə məşğuldur və toxumları əsasən Fransa və Hollandiyadan gətirir. Hazırda 30 hektara yaxın sahədə əkin aparılır və hektardan orta hesabla 25–30 ton məhsul əldə olunur.

Fermerin əsas məqsədi “Yeni region” brendi ilə keyfiyyətli yerkökünü dünya bazarına çıxarmaqdır. O qeyd edib ki, istehsal həcmini və əkin sahəsini iki dəfə artırmaq mümkündür. Məhsul hazırda daxili bazarda satılır və qiymətlər 20–60 qəpik arasında dəyişir.

Qeyd edək ki, dövlətin güzəştli kreditləri hesabına tikilən müasir anbar kompleksi və yeni aqrotexnikalar təsərrüfatın səmərəliliyini artırıb. Məhsullar yuyulub çeşidləndikdən sonra qablaşdırılaraq soyuducu kameralarda saxlanılır.

Fermer gələcəkdə ixrac imkanlarını genişləndirməyi planlaşdırır. Bu cür aqrar təsərrüfatların fəaliyyəti Cəlilabad rayonunun iqtisadi inkişafına və əhalinin məşğulluğuna mühüm töhfə verir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki