image-ads_n1karobka_mobile
image-66f2c1d402e8bd0ac5775a85backend

Çelyabinskdə hücum zamanı yaralanan müəllim xəstəxanadan buraxılıb

image-add-a-heading

Çelyabinskdə yeniyetmənin çəkiclə hücumuna məruz qalan məktəbin kimya müəllimi xəstəxanadan buraxılıb. İndi Nina Şoşina ambulator müalicəyə keçirilib.

Bu barədə URA.RU- ya Səhiyyə Nazirliyindən məlumat verilib.

“Sentyabrın 16-da məktəblinin çəkiclə hücumuna məruz qalmış Çelyabinsk şəhərindəki 68 saylı məktəbin filialının müəllimi xəstəxanadan buraxılıb”, – nazirlikdən bildirilib.

Bundan əvvəl RT hücumu həyata keçirən məktəblinin iki ay psixonevroloji müəssisədə yatdığını öyrənmişdi . Onun hərəkətləri nəticəsində 3 şagird və bir müəllim yaralanıb . İki cinayət işi başlanıb.

Mənbə RT rusca


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki