Cenevrə şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb.
Doğru.az xəbər verir ki, görüşün keçirildiyi zaldan ilk görüntülər artıq mediaya sızıb. RT mənbələri danışıqların Ukrayna münaqişəsinin həlli məqsədilə təşkil olunduğunu bildirib.
Kremlinin sözçüsü Dmitri Peskov görüşün qapalı qapılar arxasında keçirildiyini açıqlayıb. O, həmçinin danışıqlardan dərhal sonra konkret nəticə gözləməməyə çağırıb.
Hələlik tərəflər müzakirələrin detalları ilə bağlı rəsmi açıqlama verməyib.
DOĞRU.AZ

























