Doğru.az xəbər verir ki, Cənubi Koreya lideri Li Jae-myung açıqlamasında fevral ayında ABŞ prezidenti Donald Trampla görüş zamanı Vladimir Zelenskinin başına gələn vəziyyətin təkrarlanmasından ehtiyat etdiyini bildirib.
Siyasətçi qeyd edib ki, Trampla görüşdən əvvəl Amerika lideri Truth sosial şəbəkəsində çox “təhdidedici” yazı dərc edib və bunu “narahatlıqla qəbul edib”.
“Biz Zelenskinin vəziyyəti ilə üzləşə bilərdik”, – deyə Li Jae-myung əlavə edib. Eyni zamanda, o görüşün yaxşı keçdiyini də vurğulayıb.
Politico daha əvvəl yazmışdı ki, Tramp Ağ Evdəki münaqişədən sonra Avropa İttifaqının Zelenskini dəstəkləməsindən narazıdır.
DOĞRU.AZ