image-2000x150px
image-123
image-ads_atlas
image-8856bdaa34a128bf119c447a512f0f89backend

Çex nazir: “Macarıstan Avropa İttifaqından çıxarıla bilər”

image-728x90px

“Macarıstanın Rusiya ilə münasibəti Avropa İttifaqından çıxarılmasına əsas ola bilər”.

Bunu Çexiyanın Avropa məsələləri üzrə naziri Mikulaş Bek “Český rozhlas Plus” radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib və indi oradan uzaqlaşmaq, yaxud risk edib tullanmaq barədə qərar verməlidir: “Çünki rəsmi Budapeştin mövqeyi Avropa İttifaqı dövlətlərinin mövqeyi ilə tez-tez ziddiyyət təşkil edir”.

Mikulaş Bek yaxın aylarda Macarıstanı Brüssellə razılaşmağa inandırmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Macarsıtan Avropa İttifaqının Rusiyadan təbii qaz və neft idxalı ilə bağlı məhdudlaşdırcı tədbirlərinə qarşı çıxır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki