image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_359934438_l-2015-pic_32ratio_900x600-900x600-78256backend

Çexiya Rusiya xüsusi xidmət orqanlarının generalını axtarışa verib

image-728x90px

Çexiyada polis Rusiya vətəndaşı Andrey Averyanovu 2014-cü ildə ölkənin şərqindəki Vrbetice kəndindəki silah-sursat anbarlarında törədilən partlayışlarda əli olduğu iddiası ilə axtarışa verib.

Bu barədə “Сeske noviny” qəzeti yazır.

“Polis Baş Kəşfiyyat İdarəsinin (QRU) Rusiya məxfi xidmətinin generalı Andrey Averyanovu axtarışa verib”, – nəşr yazır.

Polisin məlumatına görə, Zlin vilayətinin Vrbetiçe kəndindəki anbarlarda partlayışların təşkilatçıları Averyanovun “bölmə zabitləri”, Aleksandr Mişkin və Anatoli Çepiqa (aka Aleksandr Petrov və Ruslan Boşirov) olub.

Məqalədə qeyd edilir ki, Rusiya kəşfiyyatı guya silah şirkəti Imex Group-un işi barədə məlumatı onun əməkdaşı olan Nikolay Şapoşnikovdan alıb. Şapoşnikov agentlərə anbarlara baş çəkmək üçün də icazə verib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki