SARS-CoV-2 koronavirusu ABŞ-da Çinin Uhan şəhərində olduğundan daha tez ortaya çıxa bilər.
Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının İnformasiya İdarəsi tərəfindən dərc edilən Ağ Kitabda deyilir.
Britaniyanın Daily Mail nəşrinə görə , sənəddə qeyd olunur ki, ilk yoluxma halı ABŞ-ın Florida ştatında 2020-ci il martın 1-də aşkarlanıb. Eyni zamanda, ABŞ-ın epidemiyadan hələ 2020-ci ilin yanvarında xəbər tutduğu və baş verənlərin “ciddiliyini azaltmaq” qərarına gəldiyi bildirilir.
Nəşr sənədin mətnindən sitat gətirir: “ABŞ Çini COVID-19-a səmərəsiz reaksiyasına görə əsas günah keçisi edib.
Bundan əvvəl Ağ Evin saytında koronavirus infeksiyasının “əsl mənşəyi” haqqında məlumat yayılıb.
DOĞRU.AZ