image-n1karobka_ads
image-123
image-68b88f7cae5ac97c9a186fcfbackend

Çin ABŞ sanksiyaları fonunda Rusiyaya ixracı artırmaq imkanını qiymətləndirir

image-ad_qayo_720x110px

Ekspertlər hesab edirlər ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın Qərbdən idxalını çətinləşdirir və bu boşluğu Çin istehsalı məhsullarının doldurması mümkündür.

Doğru.az xəbər verir ki, “South China Morning Post” qəzetinə istinadən bildirilib ki, tariflərin tətbiqi səbəbindən Pekin və Vaşinqton arasında ticarət də zərər çəkib. Analitiklərin fikrincə, Çin yeni bazarlar axtarır. Sinqapurdakı ISEAS İnstitutunun baş əməkdaşı Jayant Menon nəşrə bildirib:
“Məncə Çin indi yeni bazarlar axtarır, çünki ABŞ bağlanır”.

ABŞ-ın Willamette Universitetinin iqtisadiyyat professoru Lianq Yan isə Rusiyaya ixracın artırılmasının Çin istehsalçılarına ölkə daxilindəki sərt qiymət rəqabətini və həddindən artıq istehsalı idarə etməyə kömək edə biləcəyini bildirib.

Qəzet vurğulayır ki, Çin və Rusiyanın ticarət imkanları “böyümək üçün yer” saxlayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki