image-ads_n1karobka_mobile
image-10-pic_32ratio_900x600-900x600-12735backend

Çin Amerika pilotsuz təyyarələrinin Tayvana çatdırılmasına reaksiya verib

image-add-a-heading

ABŞ-ın Tayvana dron və digər silahlar göndərməsi adanı barut çəlləyinə çevirir.

RİA Novosti xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu məlumat verib.

“ABŞ-ın Tayvana silah satması “vahid Çin” prinsipinin və Çin və ABŞ arasında üç birgə kommünikenin, xüsusən 17 avqust 1982 kommunikesinin ciddi şəkildə pozulmasıdır”, – çinli diplomat vurğulayıb.

Liu Penqyunun sözlərinə görə, ABŞ-ın hərəkətləri Tayvanda müstəqillik tərəfdarı olan qüvvələrə “yanlış mesaj” verir və ada sakinlərini təhlükə altına qoyur.

Bundan əvvəl Pentaqon Tayvanı dronlarla təmin etmək üçün GA-ASI ilə 250 milyon dollarlıq müqavilə imzalamışdı.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki