image-n1karobka_ads
image-123
image-1745404044944925436_1200x630backend

Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb – FOTO

Çin Xalq Respublikasının (ÇXR) mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərinə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, 1 milyard izləyici auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu “China Daily” qəzeti, 50-dən çox dildə yayımlanan Çin milli radiosu, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən “Global Times” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinə, səfər çərçivəsində ÇXR Sədri Si Cinpinlə görüşünə, imzalanan sənədlərə, ümumiyyətlə son illər hərtərəfli inkişafın müşahidə olunduğu Azərbaycan-Çin münasibətlərinə dair xəbərlər verib, reportajlar yayımlayıblar.

Çinin milli xəbər agentliyi olan Sinxuanın “Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb” başlıqlı məqaləsində deyilir ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını qoruyub saxlayıb, iki ölkə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

DOĞRU.AZ

image-17454040446258750427_1200x630 image-1745404044128411900_1200x630 image-1745404044944925436_1200x630 image-17454040443115236848_1200x630 image-1745404044127867994_1200x630 image-1745404044764454372_1200x630 image-17454040444002848198_1200x630 image-17454040443136441781_1200x630 image-17454040446504330329_1200x630 image-1745404044145031084_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki