Çin, Rusiya və Monqolustan beynəlxalq qeyri-sabitlik şəraitində əməkdaşlığı gücləndirməlidir.
Doğru.az xəbər verir ki, bu fikirləri Çin lideri Si Cinpin üç ölkənin dövlət başçılarının görüşündə səsləndirib. O bildirib ki, “beynəlxalq vəziyyət nə qədər mürəkkəbləşsə, tərəflər birliyi möhkəmləndirməli, qarşılıqlı dəstəyi artırmalı və əsas maraqlara hörmət etməlidirlər”.
Si Cinpin vurğulayıb ki, Çin Rusiya və Monqolustanla siyasi qarşılıqlı etimadı gücləndirməyə hazırdır.
Rusiya prezidenti Vladimir Putin isə çıxışında Moskvanın Çin və Monqolustanla münasibətləri inkişaf etdirməkdə səmimi olduğunu qeyd edib.
DOĞRU.AZ