image-ads_n1karobka_mobile
image-68abd959ae5ac93c37392b82backend

Çin səfiri: “ŞƏT-ə qoşulmaq istəyən ölkələrin sayı artır”

image-add-a-heading

Çin Xalq Respublikasının Rusiyadakı səfiri Zhang Hanhui RİA Novosti-yə müsahibəsində bildirib ki, getdikcə daha çox ölkə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaqda və ya təşkilatla əməkdaşlığı gücləndirməkdə maraqlıdır.

Doğru.az xəbər verir ki, diplomatın sözlərinə görə, bu, ŞƏT-in konsepsiyasının dərin qavranıldığını və onun inkişaf perspektivlərinə inamın artdığını göstərir.

“Təşkilatın qapıları həmişə açıqdır və biz əminik ki, gələcəkdə böyük ŞƏT ailəsinə yeni üzvlər qoşulacaq”, – səfir qeyd edib.

Zhang Hanhui əlavə edib ki, yaxın zamanda keçiriləcək Tianjin sammiti ŞƏT-in yaranmasından bəri ən böyük tədbir olacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki