Çin rəsmiləri TikTok-un ABŞ-dakı əməliyyatlarına nəzarəti sahibkar İlon Maska təhvil verməyi düşünür.
Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Mövcud məlumata görə, Pekin TikTok-u ana şirkət ByteDance-in mülkiyyətində saxlamağa üstünlük verir. Lakin platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin səlahiyyətliləri alternativ ssenariləri müzakirə etməyə başladılar.
Seçimlərdən biri TikTok-un Amerika aktivlərini Maska köçürmək təklifi idi.
“Həmsöhbətlərin fikrincə, Çin rəsmiləri hələ də necə davam edəcəkləri ilə bağlı konsensusa gəlməyiblər və onların müzakirələri hələ ilkin xarakter daşıyır”, – materialda deyilir.
DOĞRU.AZ