image-nerjbanner
image-ads_atlas
image-depositphotos_235920014_xl-pic_32ratio_900x600-900x600-56310backend

Çin Xarici İşlər Nazirliyi terrorun hər hansı formasının qəbuledilməzliyini vurğulayıb

image-nerjbanner

Çin terrorizmin heç bir formasını qəbul etmir və Rusiyanı onun sabitliyini və təhlükəsizliyini qorumaq səylərində dəstəkləyir.

TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian jurnalistlərə Ukraynanın Crocus City-də mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib: “Çin terrorizmin bütün formalarına qarşıdır, terror hücumlarını qəti şəkildə pisləyir və hər bir ölkənin milli təhlükəsizliyi və sabitliyi qorumaq səylərini qətiyyətlə dəstəkləyir”.

Diplomat əlavə edib ki, Çin həlak olanlara və onların ailələrinə başsağlığı verir.

Mənbə: TASS

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki