Çinin Çindao şəhərində 4-cü Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət sərgisi keçirilib.
Doğru.az xəbər verir ki, sərgidə “ŞƏT ailəsi”nə daxil olan 26 ölkə iştirak edib. Azərbaycan da bu tədbirdə Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə təmsil olunub.
Ölkəmizin pavilyonunda “Made in Azerbaijan” brendi altında müxtəlif məhsullar nümayiş etdirilib və satışa çıxarılıb. Xüsusilə “Nar” guşəsi ziyarətçilərin marağına səbəb olub. Burada Azərbaycanın nar mədəniyyəti və məhsulları barədə ətraflı məlumat verilib, potensial tərəfdaşlarla idxal və satışla bağlı danışıqlar aparılıb.
Sərgi çərçivəsində keçirilən İqtisadi və Ticarət Təşviqi Konfransında isə ticarət nümayəndəliyinin əməkdaşı Natiq Xəlilov Azərbaycanın biznes və investisiya mühiti haqqında təqdimatla çıxış edib.
DOĞRU.AZ