image-n1karobka_ads
image-123
image-oguzhan-aycha-aysebackend

“CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub – FOTO/VİDEO

image-ad_qayo_720x110px

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin “Bugün Güzel” filminin gala-gecəsi baş tutub. 

Tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Premyerada filmin baş rollarını canlandıran Oğuzhan Koç və Ayça Ayşin Turan iştirak ediblər. Onlar qırmızı xalça üzərində tamaşaçılarla ünsiyyət qurub, jurnalistlərin suallarını cavablandırıb, filmin çəkiliş prosesi və Bakıya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Ekran əsərin rejissoru Mali Ergindir.

“Bugün Güzel” – həyatın acı və şirin həqiqətlərinin sevgi, dostluq və sevinc sayəsində necə aşılacağını göstərən bir hekayədir.

Bu film Əli Candemirin beyin şişi diaqnozu alandan sonra həyatın dəyərini yenidən kəşf etməsini göstərir. Uşaqlıq dostları və tibb bacısı Günəşin dəstəyi ilə o,

yenidən ümidini bərpa edir və əmin olur ki, həyat onu yaxınlarla paylaşanda həqiqətən də məna dolu olur.

Tədbirin təşkilində Cinema Distribution, “MADO restoranı, foto və video çəkiliş – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

DOĞRU.AZ

image-1306275_2 image-1306275_1 image-1306275_3 image-1306275_4 image-1306275_5 image-1306275_7 image-1306275_8 image-1306275_9 image-1306275_10 image-1306275_11 image-1306275_12 image-1306275_13

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki