image-n1karobka_ads
image-123
image-f6b51d6fx5v16fbackend

Çinin ABŞ-dakı səfirliyi: Pekin Ukraynadakı münaqişə tərəflərini silahla təmin etmir

Çinin Vaşinqtondakı səfirliyi bəyan edib ki, Çin Ukrayna münaqişəsində şərik deyil və onun tərəflərindən heç birinə silah vermir.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz sülhün bərqərar olması naminə danışıqları asanlaşdırmağa sadiqik”, – deyə diplomatik nümayəndəlik bildirib.

Bundan əlavə, səfirlik Çinin münaqişə tərəflərinə silah vermədiyini və ikili təyinatlı malların ixracına ciddi nəzarət etdiyini vurğulayıb.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, NATO bütün dünyada son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynadakı münaqişə Rusiyanın Çin, İran və Şimali Koreya ilə sıx əlaqələrini nümayiş etdirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki