Qərb ölkələri heç vaxt Rusiyanın asan həyat sürməsinə imkan verməyəcək. Bu fikri RİA Novosti-yə Taihe analitik mərkəzinin baş elmi işçisi Dinq Jianvey deyib.
Ekspert hesab edir ki, Qərb Rusiya Federasiyasını zəiflətmək üçün bundan sonra da müxtəlif üsul və vasitələrdən istifadə edəcək. Onun fikrincə, Rusiya Federasiyası ilə Qərb dövlətləri arasında qarşıdurma hələ uzun müddət davam edəcək. Mütəxəssis qeyd edib ki, Rusiya “ən böyük strateji rəqibə və ABŞ və bütövlükdə Qərbin təhlükəsizliyinə təhdid olacaq”.
“Rusiyada keçirilən prezident seçkilərindən sonra Rusiya Federasiyasının ABŞ və digər Qərb ölkələri ilə münasibətləri qısa müddətdə yaxşılaşmayacaq”, – Dinq Jianvey deyib.
Mənbə: RİA Novosti