image-n1karobka_ads
image-123
image-15671732584953735499_1200x630backend

Çitada An-2 təyyarəsinin sərt enişi: iki nəfərin vəziyyəti ağırdır

Rusiyanın Zabaykalsk diyarında An-2 tipli yüngül təyyarənin sərt enişi nəticəsində səkkiz nəfər xəsarət alıb.

Doğru.az xəbər verir ki, bu barədə bölgənin səhiyyə naziri Oksana Nemakina məlumat verib.

Nazirin sözlərinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti ilkin tibbi ekspertizaya əsasən ağır qiymətləndirilir.

“Ümumilikdə səkkiz nəfər var, onlardan ikisinin vəziyyəti ilkin ekspertizaya görə ağırdır”, – deyə o, TASS-a açıqlamasında bildirib.

Zərərçəkənlər rayonun klinik xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə DOSAAF-a məxsus An-2 tipli təyyarənin Çita bölgəsində sərt eniş etməsi zamanı baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki