image-n1karobka_ads
image-123
image-133ac876-101d-3463-a981-0166f4871be0_850backend

COP29-un nəticələri Almaniyada müzakirə edilib

image-ad_qayo_720x110px

Azərbaycanın enerji təhlükəsizliyinin qorunması, dayanıqlılığının artırılması, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə edilib.

Doğru.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, COP29-un Prezidenti, eləcə də Prezident İlham Əliyevin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Almaniyanın “Uniper” şirkəti ilə görüş keçirib. O, Azərbaycanın enerji sahəsində strateji tərəfdaşlığı gücləndirmək və davamlı inkişafı təmin etmək öhdəliyini vurğulayıb, COP29-un nəticələrinin uğurla icrası üçün əməkdaşlığın vacibliyini qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki