image-2000x150px
image-123
image-ads_atlas
image-ac1a88afafb05326f1656373b5bdbe0cbackend

Cozef Baydenin xanımı yenidən koronavirusa yoluxub

image-728x90px

ABŞ Prezidenti Cozef Baydenin xanımı Cil Baydenin COVID-19 testi yenidən müsbət çıxıb.

“Dünən COVID-19 testi mənfi çıxdıqdan sonra Cil Baydenin yenicə verdiyi testin nəticəsi müsbət çıxdı”, – ABŞ-ın birinci xanımının ofisindən verilən açıqlamada bildirilir.

Qeyd edilir ki, hazırda Cil Baydendə koronavirusun əlamətləri müşahidə edilmir, o, Delaverdə təcridini davam etdirəcək. Məlumata görə, Cozef Baydenin koronavirus testinin nəticəsi mənfi olub.

Qeyd edək ki, Cil Baydenin avqustun 16-da koronavirusa yoluxub, avqustun 21-də testinin nəticəsi mənfi olub. ABŞ-ın birinci xanımı bundan sonra təcrid rejimini dayandırıb.

Xatırladaq ki, ABŞ Prezidenti də COVID-19-dan sağalıb, lakin testinin nəticəsi bir neçə gün sonra müsbət çıxdığından ikinci dəfə karantinə alınıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki