image-n1karobka_ads
image-123
image-kmo_198451_00041_1_t248_103132backend

“Crocus City Hall” terrorçularının psixi durumu sağlam olub – ekspertiza nəticəsi

image-ad_qayo_720x110px

Mart ayında Rusiyanın “Crocus City Hall” konsert zalında baş vermiş terror aktını törədən şəxslərin psixi vəziyyəti ilə bağlı ekspertiza nəticələri açıqlanıb.

Doğru.az xəbər verir ki, TASS-ın əldə etdiyi iş materiallarına əsasən, terrorçuların hadisə zamanı ağılları başlarında olub.

Məlumata görə, Şəmsiddin Fəriduni, Dalerchon Mirzoev, Muhammadsobir Faizov və Saidokram Murodali Rachabalizodada psixi pozuntu və ya digər xəstəliklər aşkarlanmayıb. Onların cinayəti anlaqlı vəziyyətdə törətdikləri təsdiqlənib.

Bundan əvvəl Moskvada məhkəmə həmin iş üzrə daha bir təqsirləndirilən şəxs – Əlişir Kasımovun əmlakına həbs qoyulması barədə qərar qəbul etmişdi.

Xatırladaq ki, “Crocus City Hall” hadisəsi Rusiya tarixində ən qanlı terror aktlarından biri kimi yadda qalıb. Təhlükəsizlik orqanları istintaqı davam etdirir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki