image-n1karobka_ads
image-123
image-66af2b3f02e8bd5da9522dabbackend

Dağıstanda 30 nəfər bağırsaq infeksiyasından əziyyət çəkib

Dağıstanın Buinakski rayonunun Erpeli kəndində 30 nəfər bağırsaq infeksiyasından əziyyət çəkib.

Bu barədə Dağıstan Respublikası üzrə Rospotrebnadzor məlumat yayıb.

“Bağırsağın infeksiyasına səbəb heç bir su təmizləyicisi olmadığı halda verilən krandan su olub”, – məlumatda deyilir.

Şöbədən verilən məlumata görə, laboratoriya müayinələri zamanı bağırsaq infeksiyalarının bir sıra patogenləri müəyyən edilib: dizenteriya, rotavirus və norovirus.

Rospotrebnadzor qeyd edir: “Vaxtında görülən tədbirlər sayəsində epidemiyanın genişlənməsinin və xəstəliyin daha çox əhaliyə yayılmasının qarşısını almaq mümkün oldu”.

Epidemiya əleyhinə tədbirlər davam etdirilir.

Bundan əvvəl Rospotrebnadzor Kalininqrad vilayətinin Svetloqorsk şəhərindəki “Oqonyok” uşaq düşərgəsində 32 uşaqda kəskin bağırsaq infeksiyası aşkarlandığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki