image-ads_n1karobka_mobile
image-6877499a02e8bd214b355206backend

Dağıstanda MMA döyüşçüsünə silahlı hücumla bağlı cinayət işi açılıb

image-add-a-heading

Dağıstanda MMA döyüşçüsü Timur Xizriyevə edilən silahlı hücumla bağlı cinayət işi başlanıb.

Doğru.az xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları TASS agentliyinə məlumat verib. Bildirilib ki, hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi – xuliqanlıq üzrə iş açılıb.

Qeyd edək ki, naməlum şəxslər Xizriyevə travmatik silahla atəş açıblar. Aldığı xəsarətlər səbəbindən döyüşçü xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki