Dağıstanın Maqaramkent rayonunda içməli sudan zəhərlənmə faktı üzrə cinayət işi başlanıb.
Doğru.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, iyulun 7-8-də aralarında azyaşlıların da olduğu 100-dən çox sakin zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkənlərə su xətləri ilə verilən içməli su səbəbindən zəhərlənmə baş verib.
Hazırda hadisənin səbəbləri və məsul şəxslərin müəyyən olunması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rayonun icra başçısı Feyruddin Ragimxanov daha əvvəl 110 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.
DOĞRU.AZ