Dağıstanın Maqaramkent rayonunda içməli sudan zəhərlənmə halları artmaqda davam edir.
Doğru.az xəbər verir ki, vilayətin Səhiyyə Nazirliyinin məlumatına görə, son dörd gün ərzində bağırsaq infeksiyası əlamətləri ilə 372 nəfər qeydiyyata alınıb. Onlardan 357-si azyaşlı uşaqlardır.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Artıq Maqaramkənd xəstəxanasında müalicə alan 23 uşaq evə buraxılıb.
Qeyd edək ki, daha əvvəl Nazirlik zəhərlənənlərin sayının 300 nəfəri keçdiyini açıqlamışdı. Hazırda vəziyyət nəzarət altındadır.
DOĞRU.AZ