image-ads_n1karobka_mobile
image-68750e3202e8bd152f0a2991backend

Dağıstanda sudan zəhərlənənlərin sayı 450-yə çatdı – Əksəriyyəti uşaqlardır  

image-add-a-heading

Dağıstanda içməli sudan zəhərlənmə halları artmaqda davam edir. Respublika Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənənlərin ümumi sayı 450 nəfərə çatıb.

Doğru.az xəbər verir ki, zəhərlənənlərdən 422 nəfəri uşaqlardır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu şəxslərdə bağırsaq infeksiyası aşkar edilib.

Sevindirici haldır ki, ağır vəziyyətdə olan xəstə qeydə alınmayıb. Maqaramkənd Mərkəzi Rayon Xəstəxanasından 109 nəfər artıq evə buraxılıb.

Hazırda vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki