image-n1karobka_ads
image-123
image-img_20250710_132516_659backend

Dağıstanda sudan zəhərlənmə artıb

image-ad_qayo_720x110px

Dağıstanın Maqaramkent rayonunda içməli sudan kütləvi zəhərlənmə faktı ilə bağlı vəziyyət ciddiliyini qoruyur.

Doğru.az xəbər verir ki, bölgənin Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, son üç gün ərzində 302 nəfər, əsasən uşaqlar (294 nəfər), mədə-bağırsaq infeksiyası simptomları ilə xəstəxanalara müraciət edib. Hazırda 93 nəfərin xəstəxanada müalicəsi davam edir.

Nazirliyin açıqlamasına görə, xəstələrin vəziyyəti ağır deyil və epidemiyanın səngiməsi müşahidə olunur.

Xatırladaq ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları artıq cinayət işi açıb və Maqaramkent rayon İcra Hakimiyyətində axtarışlar aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki