image-ads_n1karobka_mobile
image-7i8rnxefnq24w6waqqzsluc86giizzh1aen5ykbr_1200backend

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

“Doğru.az”-ın məlumatına görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.

Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb. (Bakupost.az)

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki