image-2000x150px
image-123
image-ads_atlas
image-kolesnikovbackend

Daha bir deputat Ukraynaya qarşı döyüşmək istəyir

image-728x90px

Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan deputatı Oleq Kolesnikov Ukraynadakı xüsusi əməliyyat zonasına göndərilməsi xahişi ilə ərizə verib.

Onun sözlərini partiyanın mətbuat xidməti sitat gətirir.

Oleq Kolesnikov Polşada sovet ordusu sıralarında xidmət etdiyini və özüyeriyən artilleriya qurğusunun komandiri olduğunu deyib. O, ehtiyatda mayor rütbəsinə malikdir.

“Və mən mütləq öz borcumu yerinə yetirməliyəm”, – deyə o bildirib.

Bundan əvvəl Dövlət Dumasının dörd deputatının xüsusi hərbi əməliyyat zonasına getmək istəyini ifadə etdiyi bildirilirdi.

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etmək qərarını açıqlayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki