image-2000x150px
image-123
image-ads_atlas
image-88242f6d0a16b68718cc69e1a26f84dbbackend

Danimarka kraliçası taxta çıxmasının 50-ci ildönümünə həsr olunan tədbirləri təxirə salıb

image-728x90px

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Danimarka kraliçası II Marqrete taxta çıxmasının 50-ci ildönümünə həsr olunan təntənəli tədbirləri təxirə salmaq qərarına gəlib.

Kraliça II Marqretenin xahişi ilə tədbirlərin rəsmi proqramında dəyişiklik edilib. Belə ki, kraliçanın kral ailəsinin digər üzvləri ilə Amalienborq sarayının eyvanında xalq qarşısında çıxışı, həmçinin keçiriləcək bayram konserti və digər tədbirlər ləğv olunacaq.

Qeyd edək ki, 82 yaşlı Danimarka kraliçası II Marqrete bütün Danimarka monarxları arasında hökmranlığın müddətinə görə IV Kristiandan sonra ikinci yerdə qərarlaşıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki