image-2000x150px
image-123
image-ads_atlas
image-default-1backend

Dərbənddə antiterror əməliyyatı başa çatıb

image-728x90px

Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb. 

RİA Novosti Milli Antiterror Komitəsinə istinadən xəbər verir ki, “Dərbənd şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb”, – məlumatda deyilir. Rusiya Federasiyasının Milli Antiterror Komitəsindən RİA Novosti-yə verilən məlumata görə, bazar günü Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı hücumlar edilib.

Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları həlak olub. Regional Daxili İşlər Nazirliyi RİA Novosti-yə bildirib ki, 6 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

Mənbə RİA Novosti 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki