Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” alətindən istifadə imkanını təqdim edib.
Doğru.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, bu diaqnostik platforma şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyən etməyə kömək edir.
Alət üç əsas istiqaməti əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına göndərilir.
İmtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. Testdə iştirak etmək üçün qeydiyyat dekabrın 9-u saat 18:00-dək davam edəcək: Qeydiyyat linki.
https://exidmet.dim.gov.az/elimt/peshe
Qeyd edək ki, bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.
DOĞRU.AZ




























