Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Doğru.az xəbər verir ki, ziyarət zamanı məzar önünə gül dəstələri qoyulub və ulu öndərin əziz xatirəsi böyük ehtiramla anılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Hər il dekabrın 12-də keçirilən bu ziyarət tədbirləri Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yad etmək və onun ideyalarına sadiqlik nümayiş etdirmək məqsədi daşıyır.
DOĞRU.AZ





























